RU

Göyçayda öldürülən şəxs təcili yardımın əməkdaşı olub

Ötən gün saat 21 radələrində Göyçay rayonunun Potu kəndində qətlə yetirilən 39 yaşlı Asif Eminov Təcili Tibbi Yardım Xidmətinin əməkdaşı olub.

“Qafqazinfo” “Modern.az”a istinadən xəbər verir ki, Asif Eminov ailəli olub və Göyçay rayonunda Təcili Tibbi Yardım Xidmətində çalışıb.

Hadisə öldürülən şəxsin avtomobilində baş verib.

Qeyd olunub ki, ailə üzvləri Potu kəndində yaşasa da, özü rayon mərkəzində yaşayıb.

Bildirilib ki, Asif Eminov və Xəyal Mənsimov arasında əvvəllər də mübahisə yaşanıb.

Избранный
3
10
qafqazinfo.az

10Источники