RU

®“British Council” Bakıda uşaqlar və yeniyetmələr üçün əyani ingilis dili kurslarına start verib

®“British

“British Council” 2024-cü ilin oktyabr ayından başlayaraq uşaqlar və yeniyetmələr üçün əyani ingilis dili kurslarına start verib. 6-10 yaşlı uşaqlar üçün “Primary Plus” və 11-17 yaşlı yeniyetmələr üçün “Secondary Plus” kursları ekspert müəllimlərin keçirdiyi maraqlı və interaktiv dərslərin köməyilə yaradıcılıq imkanlarını genişləndirmək, sosial bacarıqları inkişaf etdirmək və ingilis dilində ünsiyyət zamanı özünəinamı artırmaq üçün nəzərdə tutulub.

Azərbaycan, Bakı - Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən “British Council” təşkilatı Bakıda Avropa Azərbaycan Məktəbində uşaqlar və yeniyetmələr üçün əyani ingilis dili kurslarına start verib. Bu kurslar oktyabrdan başlayaraq tələbələrə ingilis dilini maraqlı və interaktiv üsullarla öyrənmək imkanı verəcək.

“British Council” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən səlahiyyətləndirilmiş özəl təşkilat olan Avropa Azərbaycan Məktəbi ilə tərəfdaşlıq şərtlərində “Primary Plus” (6-10 yaş) və “Secondary Plus” (11-17 yaş) ingilis dili kurslarını təklif edir. Bu kursların məqsədi tələbələrin qlobal dünya üçün zəruri olan ingilis dili bilikləri, yaradıcılıq və sosial bacarıqlarını inkişaf etdirməkdir.

“British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva: “Azərbaycanda tələbələrlə işə az qala onillik fasilə verilməsindən sonra Avropa Azərbaycan Məktəbi ilə tərəfdaşlıq şərtlərində təlim mərkəzinin açılmasına şahid olduğuma görə çox şadam. Bu mərkəzin açılması uşaqların gələcəyinə qoyulan çox vacib investisiyadır”.

“Primary Plus” və “Secondary Plus” kurslarında tədris ili oktyabrın 17-dən başlayıb və 2025-ci il iyunun 28-də sona çatacaq. Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün bu linkə daxil olmaq lazımdır: https://www.britishcouncil.az/english/children

 

Избранный
11
2
azertag.az

3Источники