RU

Avropa Liqası: "Qalatasaray" bu gün "Qarabağ"ın rəqibi ilə üz-üzə gələcək

Türkiyənin "Qalatasaray" klubu bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi ilə üz-üzə gələcək.

 

Sfera.az-ın məlumatına görə, İstanbul təmsilçisi III turda İsveçin "Elfsborq" kollektivini qəbul edəcək.

 

Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Budyo Qlimt" komandası isə Portuqaliyada "Braqa"nın qonağı olacaq.

 

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

 

Qeyd edək ki, "Qarabağ" noyabrın 7-də "Budyo Qlimt"in, dekabrın 11-də isə "Elfsborq"un qonağı olacaq. UEFA Avropa Liqasının Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq.

Избранный
4
2
sfera.az

2Источники