RU

Səudiyyə Ərəbistanın Türkiyədən sement idxalı azalıb(ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədən Səudiyyə Ərəbistana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azalaraq, 63 milyon 324 min 70 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Səudiyyə Ərəbistanına 7 milyon 330 min 31 dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 15,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,7 faiz azalaraq, 3,3 milyon dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 377 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 1,4 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 4,3 milyon dollar məbləğində sement ixrac edib.

Избранный
6
49
turkic.world

10Источники