RU

Müdafiə Nazirliyinin rəhbərliyi “SAHA EXPO 2024” sərgisində

Azərbaycan Respublikası müdafiə nazirinin müavinləri - baş direktor Aqil Qurbanov, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün qardaş ölkədə işgüzar səfərdədir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, həmçinin qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri oktyabrın 22-də İstanbulda təşkil olunan sərginin açılış mərasimində iştirak ediblər.

Nazir müavinləri sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin və Müdafiə Nazirliyinin təqdim etdiyi stendlər, həmçinin nümayiş etdirilən digər müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub, bir sıra şirkət rəhbərləri ilə görüşlər keçiriblər.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün ilə görüşüb.

Görüşlərdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan–Türkiyə hərbi əlaqələrinin daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.

* * *

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak məqsədilə Türkiyədə səfərdədir.

Tədbir çərçivəsində Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün ilə görüşüb. Görüşlərdə müdafiə sənayesi üzrə müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycanı tədbirdə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti təmsil edir.

“SAHA EXPO 2024” sərgisində açılan Azərbaycan stendində 57 adda müdafiə təyinatlı məhsullar təqdim olunub. Bura iri və orta çaplı snayper tüfəngləri, müxtəlif çaplı minaatanlar, avtomat silahlar, iriçaplı pulemyotlar, avtomatik top və qumbaraatanlar, eləcə də həmin silahların sursatları daxildir.

XQ

Избранный
5
10
xalqqazeti.az

10Источники