RU

İki nəfərin boğulduğu tuneli kim tikib? - Foto

Sabunçuda ötən gecə yağış sularının dolması nəticəsində 2 nəfərin boğularaq öldüyü tunelin tikintisinin hansı şirkət tərəfindən inşa edilməsi müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti”MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib. Açılış mərasimində qırmızı lenti isə “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

Tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.

Bildirilib ki, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb.

Qeyd edək ki, “Körpü Bina Tikinti”yə, bu MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Sözügedən şirkət 2001-ci ildə təsis edilib.


Müəllif: Teleqraf.com
Избранный
11
27
teleqraf.com

10Источники