RU

UNEC-də növbəti prorektor təyinatı

UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyinat olub.

İqtisadiyyat.az xəbər verir ki, bu vəzifənin icrası UNEC-in Keyfiyyət təminat şöbəsinin  müdiri Hüseyn Həsənova həvalə edilib.

Hüseyn Həsənov 1989-cu ildə Bakıda anadan olub. 2007-2010-cu illərdə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində “Turizm və menecment” ixtisası üzrə bakalavr (fərqlənmə ilə), 2012-2015-ci illərdə isə eyni ixtisas üzrə magistr təhsili alıb.

12 ildən artıq müddət ərzində xaricdə və yerli turizm müəssisələri və dövlət əhəmiyyətli tədbirlərin təşkili sahəsində rəhbər vəzifələrdə çalışıb. 2017-2019-cu illərdə Azərbaycan Turizm və Menecment Universitetində dekan müavini, tədris işləri üzrə prorektor, 2018-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun müdiri vəzifələrində  çalışıb. Həmin vəzifədə çalışarkən bir sıra ali və orta təhsil müəssisəsinin fəaliyyətinin strateji koordinasiyası işini həyata keçirib. Bir sıra beynəlxalq təşkilatlar, özəl və dövlət qurumları arasında təhsil layihələrinin icrası işinə rəhbərlik edib.

2016-cı ildən pedaqoji fəaliyyət göstərərək, turizm, marketinq və menecment ixtisasları üzrə bir sıra fənlərin ingilis dilində tədrisini həyata keçirir və tələbələrə elmi rəhbərlik edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14.12.2021-ci il tarixli qərarı ilə Hüseyn Həsənova iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. O, 2021-ci ilin sentyabr ayında UNEC-də “Beynəlxalq iqtisadiyyat (ingilisdilli)” kafedrasının müəllimi, 2022-ci ilin fevral ayından isə Keyfiyyət təminatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 18 oktyabr 2024-cü ildən Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsini icra edir.

Ali təhsil müəssisələrində keyfiyyət təminatı və beynəlxalq əməkdaşlıq istiqamətində strateji fəaliyyət planlarının yazılması, icrası, beynəlxalq və yerli institusional və ixtisas (proqram) akkreditasiyaları və ikili diplom proqramları üzrə ixtisaslaşıb.

Избранный
9
10
iqtisadiyyat.az

10Источники