RU

Bayden Paşinyana məktub göndərib

ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Məktub Paşinyana ABŞ prezidentinin xüsusi köməkçisi Maykl Karpenter və ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə müşaviri Luis Bononun İrəvana səfəri zamanı çatdırılıb.

Məktubun məzmunu dəqiq məlum olmasa da, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı olduğunu təxmin edilir.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ prezidentinin xüsusi köməkçisi, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter İrəvanda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Məlumat üçün bildirək ki, oktyabrın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin bu ay Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etmişdi. O, sənəd layihəsinin ən azı 80%-nin razılaşdırıldığını və hər iki ölkənin Xarici İşlər Nazirliklərinin bu istiqamətdə işləri sürətləndirmək barədə razılığa gəldiyini vurğulayıb.

Избранный
19
7
iqtisadiyyat.az

10Источники