AZ

Bayden yüz illklər münaqişə deyəndə nəzərdə tutur? – Xəyal Bəşirov açıqladı

ABŞ prezidenti Co Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktub geniş güzakirə olunur. Məktubda  guya Azərbaycanla Ermənistan arasında yüz illər davam edən münaqişənin tezliklə həll olunacağına ümid edildiyi bildirilib. Əslində ABŞ prezidentinin iki ölkə arasındakı münaqişənin tarixindən xəbərsiz olması inandırıcı görünmür. Bəs Bayden yüz illiklər deyəndə nəyi nəzərdə tutur?

Bəyəm Bayden adminstrasiyasında Ermənistanın 36 il əvvəl Azərbaycana ərazi iddialarından xəbərsizdirlər?

Əslində münaqişənin hər bir detalını əzbər bilən amerikalılar bütün zamanlarda Ermənistanın müdafiəçisi kimi çıxış ediblər. İndi də heç nə dəyişməyib və onlar Azərbaycanı  rəsmi Bakının şərtlərini qəbul etməyən Ermənistanla sülh müqaviləsi imzalamağa çağırır. Ermənistanın şərtlərdən yayındığı zamanda tələsik sülh müqaviləsinin bağlanması Amerikanın nəyinə lazımdır və Vaşinqton Cənubi Qafqazdan nə istəyir?

Üstəlik ABŞ prezidentinin Azərbaycanla Ermənistan arasında münaqişənin tarixinin şişirtməsi onların nəyinə lazımdır?

KONKRET.az-ın suallarını cavablandıran  Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov  bildirib ki, ABŞ prezidenti bəlkə də  19-cu əsrin əvvələrindəki Gülüstan və Türkmənçay müqavilələrini nəzərdə tutub:

“Məktubda ciddi məqamlara toxunulub. Əslində Ermənistan Cənubi Qafqaz üçün bütün dövrlərdə təhlükə mənbəyidir. Ermənilər öz havadarları üçün troya atı rolunu oynayır. Amma yüz illər davam edən münaqişə anlamına gəldikdə, əslində bəlkə də ABŞ prezidenti bu prosesi 19-cu əsrin əvvələrindəki  müqavilələrə yönləndirir.  Amma hər bir halda dünya dövlətləri, onların liderləri unutmamalıdırlar ki, bu gün Azəərbaycanın heç bir dövlətlə münaqişəsi yoxdur. Azərbaycan regionda həmişə sülh təşəbbüslərini ortaya qoyan dövlət olub. Bu gün də müharibədə qalib gəlməyimizə, düşmənin kapitulyasiya aktına imza atmağa məcbur etməyimizə baxmayaraq daha çox sülh təşəbbüsü göstərən tərəf Azərbaycandır. Məsələ burasındadır ki, Qarabağ münaqişəsinin davam etməsini istəyən qüvvələr var. Onlar bu münaqişəni sona qədər davam etməsində maraqlıdırlar. Yüz illiklər deyən Bayden də məhz həmin qüvvələri təmsil edir.Güman edək yüz illiklər ifadəsi sülh prosesinə töhvə verəcək”.

 Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
9
50
konkret.az

10Mənbələr