Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edir.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar \"Haber7”yə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə təkcə özünün yox, həm də dost və qardaş ölkələrin maraqlarını müdafiə edir: \"Müdafiə sənayesi məhsullarımız həm də bunun üçündür”.
H.Akar söyləyib ki, indi Türkiyə ordusu hər zamankından daha güclü olmalıdır: \"Bəzən güc tətbiqinə də ehtiyac olur. Əgər diplomatiya dərmandırsa, hərbi güc cərrahi müdaxilədir\".
///report