RU

Minlərlə abonentin qaz təchizatı dayandırılacaq

Sabah Hacıqabul və Sabirabad rayonlarının qaz təchizatının dayandırılması planlaşdırılır.Bu barədə Metbuat.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.Bildirilib ki, oktyabrın 23-də saat 09:30-dan etibarən Hacıqabul rayonunun 8 kəndi, 2 qəsəbəsi, 28 qeyri-əhali abonentinin (ümumi 3 277 abonent), həmçinin, Sabirabad rayonunun 16 kəndi, 35 qeyri-əhali abonentinin (ümumi 7 185 abonent) qaz təchizatı dayandıracaq.Qaz təchizatının dayandırılması "Qarasu" qazpaylayıcı stansiyasında (QPS) “Qaz İxrac” İdarəsi tərəfindən giriş xətti üzərində yerləşən CAKA-80 tipli qaz tənzimləyici qurğunun yerinin dəyişdirilməsi, 1 ədəd RDO50/100 markalı qaz tənzimləyici qurğunun və Dn50 mm-lik şam xəttinin quraşdırılması ilə bağlıdır.

Bu səbəbdən qaz təchizatı “Qarasu” QPS-dən qidalanan “Qarasu əhali” ölçü qovşağından dayandırılması planlaşdırılır.

Избранный
2
41
metbuat.az

10Источники