AZ

Sabah Bakının bu ərazilərdə qaz olmayacaq

Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mia.az “Azəriqaz”a istinadla xəbər verir ki, Səbail rayonu, 20-ci Sahə Arif İsmayılov və Yüzbəy Mürsəlov küçələri ilə yeni çəkilmiş yerüstü qaz xəttinin şəbəkəyə qoşulması, Nizami rayonu, E.Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin hündürlüyə qaldırılması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Seçilən
3
34
mia.az

10Mənbələr