RU

“Qazprom”un başına azərbaycanlı keçə bilər – FAMİL SADIQOV KİMDİR?

Bir sıra Rusiya “teleqram” kanalları “Qazprom”un rəhbərliyində ciddi dəyişikliklər olacağına dair məlumatlar yayıblar.

“AzPolitika” xəbər verir ki, həmin məlumatlarda şirkətin hazırkı 62 yaşlı rəhbəri Aleksey Millerin səhhətinə görə yaxın vaxtlarda vəzifəsindən gedəcəyi bildirilir.

O da qeyd olunur ki, Milleri onun hazırkı müavini və “Qazprom”un əsas maliyyəçisi sayılan Famil Sadıqov əvəz edəcək.

Məlumat üçün qeyd edək ki, Famil Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. Rusiyada S. Orconikidze adına Dövlət İdarəçilik Akademiyasını və Ümum-Rusiya Vergi Akademiyasını bitirib. İqtisad elmlər namizədidir.

1995–1999-cu illərdə Rusiya Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyib, 1999–2004-cü illərdə Rusiya Vergilər və rüsumlar nazirinin müavini olub. Həmin dövrdə ona II dərəcəli həqiqi dövlət müşaviri rütbəsi verilib. 2005–2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olub.

2009-cu ildən Rusiya "Qazprombank"nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2020-ci ilin aprel ayından “Qazprom” un maliyyə direktoru və vitse-prezidenti təyin edilib. 2020-ci ildən həmçinin əlavə vəzifə olaraq Famil Sadıqov Belarusda yerləşən və səhmləri Rusiya Federasiyasına aid olan "Belqazprombank" idarə heyətinin sədridir.

“AzPolitika.info”

Избранный
18
azpolitika.info

1Источники