RU

Birinci vitse-spiker: Bu qaydalar özəl uşaq bağçalarına da tətbiq edilməlidir

"Azərbaycanda dövlət uşaq müəssisələri ilə yanşı özəl uşaq müəssisələri də var. Bir müddət əvvəl Bakı şəhərində çox ciddi pozuntularla müşahidə olunan uşaq müəssisəsi məlum oldu. Belə ki, dövlətin müəyyənləşdirdiyi qaydalar özəl uşaq bağçalarında tətbiq edilmir".

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov parlamentin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Vitse-spiker bildirib ki, dövlət müəssisələri ilə yanaşı özəl uşaq bağçalarında da dövlət müəssisələri üçün nəzərdə tutulmuş bütün meyarlar tətbiq olunmalıdır: "Bizim müşahidə etiyimiz ciddi pozuntular bu fikirləri söyləməyə əsas verir ki, həmin müəssəsiələrin qeydiyyata alınması, onlara lisenziya verilməsi, sonra isə onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi ciddi şəkildə reqlamentləşdirilməlidir. Müvafiq dövlət orqanları buna nəzarət etməlidir".

Mürtəza
Ölkə.Az

Избранный
4
10
olke.az

10Источники