RU

Gürcüstandan olan azərbaycanlıların üçüncü qrupu Şuşa və Ağdamda olub - FOTO

Gürcüstanda yaşayan azərbaycanlıların üçüncü qrupunun işğaldan azad olunan ərazilərə səfəri davam edib.
APA xəbər verir ki, üçüncü qrupun bu gün Şuşa şəhərində gəzinti təşkil edilib. Qonaqlar Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.

Onlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti barədə məlumat verilib.

Qonaqlar həmçinin Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, qala divarları, Yuxarı Gövhər Ağa məscidi və İsa bulağı ilə tanış olublar. Nümayəndə heyəti daha sonra Cıdır düzündə olub.

Günün ikinci yarısında onlar Ağdam rayonuna səfər ediblər.

Ağdam şəhər mərkəzində yerləşən Cümə məscidi ilə tanış olan qonaqlara məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilən məscid də 30 illik erməni işğalı ərəfəsində digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb, düşmən məsciddə mal-qara saxlayıb.

Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin dağıtdığı binaların qalıqlarına da baxıblar.
Onlar daha sonra Ağdamda geniş tikinti-quruculuq işləri ilə tanış olublar.

Bununla da üçüncü qrupun azad edilmiş ərazilərə səfəri yekunlaşıb.
Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri üç qrup olmaqla, altı gün ərzində həyata keçirilir.
Bundan əvvəl iki qrup Şuşa, Xankəndi və Ağdam şəhərlərində səfərdə olub.

Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan Gürcüstandan
Избранный
9
3
apa.az

10Источники