RU

Bakıda güclü yağış iki can aldı: tuneldə batan şəxslərın meyitləri çıxarılıb - VİDEO (Yenilənib)

Subasmaya məruz qalmış tuneldə batan ikinci şəxsin meyiti çıxarılıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədinin aşkarlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğu birgə məlumat yayıb.

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mia.az xəbər verir ki, bu barədə  FHN Mətbuat xidməti məlumat yayıb.

Bakıda güclü yağışdan sonra "Sabunçu keçidi" kimi tanınan ərazidə iki nəfər batıb. 

Избранный
6
27
mia.az

10Источники