RU

Qasım Süleymani vali təyin edildi, etiraz başladı

Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Sadiq Mötəmedianın Tehrana vali təyin edilməsindən sonra digər kürd əsilli şəxsin - Qasım Süleymaninin onun yerinə vali təyin edilməsi ilə bağlı təklif azərbaycanlı millət vəkillərinin etirazına səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Salman Zakir mövzu ilə bağlı müsahibəsində əyalətin idarəedilmə siyasətini tənqid edib.

O, Qərbi Azərbaycan əyalətindən İran parlamentinə göndərilən kürd əsilli nümayəndənin öz adamları olan Qasım Süleymaninin vali təyin edilməsində rol oynadıqlarını deyib.

Qeyd edək ki, Qasım Süleymani Qərbi Azərbaycan əyalətinin Bukan şəhərinin Daşbənd kəndində kürd ailəsində anadan olub. Onun Məhəmməd Sadiq Mötəmedianın yerinə vali gətirilməsinin təklif edilir. Bu isə yerli azərbaycanlılarına narazılığına səbəb olub.
Избранный
9
2
sherg.az

3Источники