RU

Narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş İlqar Əliyev saxlanılıb. 

News365.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azərtac-a verilən məlumata görə, İlqar Əliyevin üzərinə baxış zamanı bükümlər formasında marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini bildirib.  Faktla bağlı cinayət işi başlanılıb, İ.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Избранный
6
5
news365.az

7Источники