RU

COP29-la bağlı onlayın dəyirmi masa keçirildi — FOTO

Bu gün Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun vasitəçiliyi, Rusiya Avropa-Asiya Araşdırmaları Mərkəzinin və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29 Konfransı (COP29) Rusiya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi amili kimi" mövzusunda onlayın dəyirmi masa keçirilib.

Demokrat.az
xəbər verir ki, baş konsul v.i.e Şöhrət Mustafayevin giriş sözü ilə başlayan və Avropa-Asiya Araşdırmaları Mərkəzinin direktoru Andrey Gennadieviç Rusakovun moderatorluğunda davam edən dəyirmi masada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin müşaviri Murad Məmmədov (Bakı, Azərbaycan), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı müşaviri Roza Əsgərova (Bakı, Azərbaycan), “Anyway Law” beynəlxalq konsaltinq şirkətinin Rusiya ofisinin rəhbəri Sapegin Andjey Borisoviç (Moskva, Rusiya Federasiyası), Avropa-Asiya Araşdırmaları Mərkəzinin eksperti, Sverdlovsk vilayəti Hökumətinin Aparatının rəhbərinin birinci müavini, Yerli Özünüidarəetmə Departamentinin direktoru Vadim Rudolfoviç Dubiçev (Yekaterinburq, Rusiya Federasiyası) və Yekaterinburq Ekspert Klubunun rəhbəri, Rusiyanın birinci Prezidenti B. N. Yeltsin adına Ural Federal Universitetinin Siyasi elmlər kafedrasının professoru Qaqarin Anatoli Stanislavoviç (Yekaterinburq, Rusiya Federasiyası) çıxış ediblər. 

Natiqlər bir neçə həftə sonra Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində dəyirmi masanın əhəmiyyətindən, dünyadakı iqlim problemlərindən bəhs ediblər, Azərbaycan və Rusiyanın sözügedən mövzuya vermiş olduqları xüsusi əhəmiyyəti və birgə əməkdaşlığı ətrafında müzakirələr aparıblar, habelə müzakirələr zamanı qarşıya çıxan sualları cavablandırıblar.

Избранный
7
6
demokrat.az

7Источники