RU

İran prezidenti Rusiyaya getdi – Putinlə də görüşəcək 

İran prezidenti Məsud Pezeşkian Kazanda başlayan BRİCS sammkitində iştirak etmək üçün Rusiyaya gedib.

Modern.az xəbər verir ki, İran prezidentini BRİCS liderlərinin 16-cı sammitinə Rusiya prezidenti Vladimir Putin dəvət edib.

Prezident Pezeşkian Rusiyaya getməzdən əvvəl Mehrabad hava limanında mətbuata verdiyi açıqlamada deyib ki, BRICS-ə üzvlük və Rusiyada keçirilən sammitdə iştirak İranın dünya ilə əlaqələrini gücləndirmək və Amerika totalitarizminə bütün dünyada son qoymaq üçün yaxşı fürsətdir.

Pezeşkianın Putinlə ikitərəfli görüş keçirəcəyi də gözlənilir.

Rusiyanın ev sahibliyi ilə oktyabrın 22-24-də Kazanda BRICS Liderlərinin sammiti keçirilir.

İnkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasını istəyən Braziliya, Rusiya, Hindistan və Çin 2006-cı ildə BRIC qrupunu yaradıblar. Qrup öz adını bu ölkələrin ingiliscə baş hərflərindən götürüb. 2011-ci ildə Cənubi Afrikanın da qoşulması ilə qrupun adı BRICS olub.

2024-cü il yanvarın 1-də Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də BRİCS-ə qoşulub.

Qrupun genişləndirilmiş versiyasının adı açıqlanmayıb, lakin qrupun adının “BRICS+” olacağı düşünülür.

BRICS ölkələri illik sammit toplantılarında qərarlar qəbul edirlər.

Qrupa üzv olan ölkələr öz növbəsində bir il müddətinə qrupun rotasiya edən prezidenti olurlar.

Избранный
1
1
modern.az

10Источники