AZ

Dünyanın diqqəti Kazana yönəlib - BRİCS sammitində nələr olacaq?

Bu gün dünya ictimaiyyətinin diqqəti Kazana yönəlib. Modern.az xəbər verir ki, Tatarıstanın paytaxtında oktyabrın 22-dən 24-dək davam edəcək BRİCS ölkələrinin liderlərinin XVI sammiti başlayır. Bu tədbir Rusiya, Çin, Hindistan, Cənubi Afrika, Braziliya və digər ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mühüm addım olacaq.

Sammitin əsas mövzusu “Bərabər qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” adlanır. Ölkə liderləri dünya siyasətinin, iqtisadiyyatının və mədəniyyətinin aktual problemlərini müzakirə etmək üçün bir araya gələcəklər. Onlar həmçinin Rusiyanın bu il təşkilata sədrliyinə yekun vuracaq və gələcək üçün planları açıqlayacaqlar.

Sammitdə 36 ölkədən 20 minə yaxın nümayəndənin iştirakı gözlənilir ki, onlardan 22-si dövlət liderləri qismidnə təmsil olunacaq. Məhz burada BRICS iştirakçıları arasında əməkdaşlığın əsas məqamları nəzərdən keçiriləcək və təsdiq olunacaq.

Proqramın mühüm məqamlarından biri BRİCS-in “tərəfdaş dövlətlər” kateqoriyasının yaradılması olacaq ki, bu da təşkilatın genişlənməsinə gətirib çıxaracaq. BRİCS-ə hazırda Misir, İran, BƏƏ və Efiopiya da daxil olmaqla 9 dövlət daxildir.

Sammitin proqramına nümayəndə heyətləri başçılarının qarşılanma mərasimindən başlayaraq, plenar iclaslar və Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı ilə bitən bir sıra mühüm tədbirlər daxildir. Sammitin nəticələrinin BRİCS-in dünya miqyasında mövqeyini gücləndirəcəyi və iştirakçılar arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirəcəyi gözlənilir.

Seçilən
4
1
modern.az

2Mənbələr