RU

Siyasi partiyaların maliyyələşdirilməsinə nəzarətlə bağlı yeni qayda müəyyənləşir

Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə nəzarətlə bağlı yeni qayda müəyyən edilir. SİA xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.Dəyişikliyə əsasən, kənar dövlət maliyyə nəzarəti obyektlərinin siyahısı genişləndirilir. Belə ki, siyasi partiyalar kənar dövlət maliyyə nəzarətinin obyektləri sırasına daxil edilir.Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Избранный
8
12
sesqazeti.az

10Источники