RU

Dövlət Bahçelidən gözlənilməz çıxış: Öcalan…

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında mühüm açıqlamalar verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki,son toplantında o sensasion bəyanat verib.

Türkiyənin yeni bir həll prosesinə ehtiyacı olmadığını vurğulayan Bahçeli, "Min illik qardaşlığı yaşatmaq və dirçəltmək lazımdır. Türkiyənin problemi kürdlər deyil, separatçı terror təşkilatıdır" deyə cümlə işlədib.

Baheçlinin Abdullah Öcalanla bağlı sözləri isə daha maraqlı olub. "Terrorçu liderin təcrid olunması aradan qaldırılsa, gəlib Türkiyə Böyük Millət Məclisindəki DEM Partiya Qrup Toplantısında çıxış edərək terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini deməlidir”,-deyə MHP lideri bildirib.
MHP liderinin açıqlamaları Türkiyədə siyasi gündəmdə partlayış effekti doğurub.

Musavat.com

Избранный
10
musavat.com

1Источники