RU

"Palma yağları bədəndə şişə çevrilir"- Ekspert

2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 42 milyon 995 min ABŞ dolları dəyərində 36 min 705 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.


2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 54 faiz və ya 12 min 887 ton, dəyər ifadəsində isə 46.6 faiz və ya 13 milyon 672 min ABŞ dolları artıb.

Azərbaycana Malaziyadan 11 min 853 ton, İndoneziyadan isə 24 min 851 ton palma yağı idxal olunub.

Qeyd edək ki, son 30 ildə marqarin istehsalında trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.

Qida texnoloqu Ağa Salamov Bakupost.az -a bildirib ki, tam təmizlənməmiş palma yağından yalnız texniki məqsədlərlə istifadə olunmalıdır:


“Ölkəyə gətirilən palma yağları kosmetik məhsulların hazırlanmasında istifadə olunursa, faydaları var. Palma yağı əgər transa çevrilmirsə, onu hidrogen püskürdüb doydurmurlarsa, tərkibinə rəngləndirici qatqılar vurulmursa, süni kərə yağına çevirmirlərsə, o zaman faydalı ola bilər. O da miqdar nəzərə alınmaqla istehlak olunmalıdır. Eyni zamanda digər bitki yağlarını da trans yağa çevirib istehlak etmək yolverilməzdir. Palma yağını rafinə etmədən istehlak etmək mümkün deyil. Onun gərək rəngini və qoxusunu dəyişsinlər, belə olanda isə tempratur 250 dərəcəyə qədər qalxır. Bu temperatura qalxan yeganə yağ zeytun yağıdır ki, trans yağa çevrilmir. Palmanı 250 dərəcəyə qaldırıb doydurmaq istəyəndə artıq hidrogen bağlarının yeri dəyişir və həmin yağ trans yağa çevirilir".


Ekspert qeyd edib ki, ölkəyə gətirilən palma yağlarını hidrogenlə doydurub marqarinlərə çevirirlər. Bu isə insan orqanizmi üçün olduqca zərərlidir:

“Bunu elm də təsdiq edir. İnsan bədənində əriməyən, ərimə temperaturuna malik olmayan, sorulmayan və bədənə yad olan yağlar insan orqanizmində olan xərçəng hüceyrələrinin qarşısını almır, əksinə şişlərə çevirir ki, bu da gələcəkdə ölümlə nəticələnir”.



Избранный
3
2
medicina.az

3Источники