İşğaldan azad olmuş ərazilərdəki tikinti-quruculuq işləri haqqında qarayaxma ilə məşğul olanlar var. Belə fikirlərlə insanları daha çox sosial şəbəkələrdə çaşdırmasınlar deyə biz öz fikirlərimizi bildirməliyik.
Hurriyyet.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsinin müzakirəsi zamanı deyib.
“Bir qrup partiya ümumiyyətlə hesabat vermir. AXCP və başqa bir sıra partiyalar MSK-ya heç bir hesabat vermir. Amma qanunda siyasi partiyaların hesabat verməsi qeyd olunub. Müəyyən partiyaların rəhbərləri 19-20 ildir ki, işləmir. Bəs bunlar hansı vəsaitlə yaşayırlar? Ən bahalı maşında gəzirlər. Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlərə ciddi nəzarət olunmalıdır. Qanun layihəsini bir az da sərtləşdirmək lazımdır”./teleqraf.az/