RU

Neft Emalı Zavodundakı yanğın söndürüldü - YENİLƏNİB

Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.     Manset.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.   Məlumata görə, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.   Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. *** 12:11 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.   Bu barədə Manset.az-a FHN-dən məlumat verilib. "Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub", - nazirlikdən bildirilib. *** 11:48 Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

Manset.az xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Избранный
20
12
manset.az

10Источники