Hurriyyet.az xəbər verir ki, Kim Çen Inın bacısı Ukrayna ilə Cənubi Koreyanı təhqir edərək "ABŞ-ın tərbiyasiz tulaları" adlandırıb.
Koreya Xalq Demokratik Respublikasının Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavini, KXDR-in lideri Kim Çen Inın doğma bacısı Kim Yo Çjon Cənubi Koreya ilə Ukraynanın "iki damla su kimi eyni" olduqlarını deyib, iki dövləti "ABŞ-ın yetişdirdiyi tərbiyəsiz itlər" adlandırıb.
TASS informasiya agentliyinin verdiyi xəbərə görə, onun söylədikləri Koreyanın Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilib.
Kim Yo Çjon deyib: "Boş-boşuna vurnuxan, dilənən və nüvə silahı olan ölkələrə qarşı ağzına gələn cəfəngiyyatı danışmağa cəsarət edən Seul ilə Kiyevin davranışına baxdıqda onların iki damla su kimi eyni olduğu görünür. Bunları ABŞ-ın yetişdirdiyi tərbiyəsiz köpəklərə məxsus ümumi cəhətlər adlandırmaq lazımdır".
Hürr Tərcüman