RU

Artıq Rusiyada işləmək mühacirlər üçün maraqlı deyil

Yazını böyüt
Yazını kiçilt

Rusiyada əcnəbilərin yaşayış xərcləri indi əksərən qazancını üstələyir.

Hafta.az-ın yazdığına görə, bunu aparıcı demoqraf Yuliya Florinskaya deyib. Florinskaya Rusiya Dövlət İdarəçilik və Dövlət Qulluğu Akademiyasında (RANHIGS) baş elmi işçi vəzifəsində çalışır və əmək miqrasiyası məsələləri üzrə ən səlahiyyətli ekspertlərdən biri hesab olunur. Son zamanlar immiqrantlar məsələsi mediada daha çox işıqlandırılsa da, Florinskayanın sözlərinə görə, əmək miqrasiyasında artım əvəzinə ciddi azalma müşahidə olunur.

Əmək miqrasiyası ilə bağlı Florinskaya deyib: "Mühacirlərin sayı son 10-12 ilin ən aşağı səviyyəsindədir. Bu azalma xüsusilə pandemiya dövründə daha da sürətləndi və pandemiyadan sonra əvvəlki səviyyələrə qayıtmadı”. 2022-2024-cü illər arasında əmək miqrasiyasında ciddi artım olmadığını bildirən ekspert, "Hazırda Rusiyada təxminən 3-3,5 milyon qanuni mühacir, son məlumatlara görə isə 600 minə yaxın qeydiyyatsız mühacir var" deyib.

Mühacir sayındakı bu azalmanın səbəblərinə toxunan Florinskaya, “Krokusda törədilən terror aktından sonra immiqrantlara nəzarətin gücləndirilməsi, sərhəddə daha sərt nəzarətin tətbiqi və səfirliklərin vətəndaşlarına getməmələri barədə xəbərdarlıq edilməsi Rusiyadakı, xüsusilə Orta Asiyadan gələn immiqrantların 15 faiz azalmasına səbəb olub” deyə bildirib.

Florinskaya bildirib ki, Rusiyada iqtisadi vəziyyət əvvəlki kimi mühacirlər üçün cəlbedici deyil: "Rusiyada mühacirlərin qazancı qiymətlərin və valyuta məzənnələrinin artması səbəbindən dollar ifadəsində çox da artmayıb. Ona görə də artıq burada işləmək yoxdur".

Ekspert immiqrantların alternativ bazarlara üz tutma meylini də diqqətə çatdırıb. "Xüsusilə Orta Asiyadan olan mühacirlər başqa ölkələrə getməyə başlayıblar. Bu vəziyyət hələ Rusiyaya köç ilə müqayisə oluna bilməsə də, bir tendensiya var" deyib Florinskaya.

Избранный
13
hafta.az

1Источники