RU

Həyat yoldaşına jest etdi, sosial mediada gündəm oldu

Türkiyənin Rizə şəhərinin Kalkandere rayonunda çay istehsalçısı Osman Öztürk (48) 28 illik həyat yoldaşı Meryem Öztürkə budanmış bağçasının ortasında ürək formalı yer hazırlayaraq sürpriz edib.

Sherg.az xəbər verir ki,  rayonun Ormanlı kəndində Osman-Meryem Öztürk cütlüyü dolanışığını çayçılıqla təmin edir. 28 illik evliliyi müddətində həyat yoldaşına müxtəlif sürprizlər edən Osman Öztürk bu dəfə evinin qarşısındakı yamacdakı çay bağçasını ürək şəklində budamaqla ona sevgisini nümayiş etdirib. Öztürk budandığı bağçanın ortasına ürək formalı yaşıl sahə qoyub.

Evinin eyvanından bu mənzərəni görən 3 uşaq anası Meryem Öztürk təəccübünü gizlədə bilməyib. Bağın fotosu sosial şəbəkədə böyük marağa səbəb olub.

İzləyiciləri fotoya "Çay səni sevirəm", "Rizə sevgisi budur", "Nə edirsən et, sevgiylə et" kimi şərhlər yazıb və cütlüyə xoşbəxtlik arzulayıb.

Həyat yoldaşını çox sevdiyini açıqlayan Osman Öztürk deyib: “Çox gözəl sürprizim oldu. Həyat yoldaşım bunu görəndə çox sevindi. Budama ilə ürək şəklini belə çəkdim. Çox gözəl idi. Mən də xoşbəxt idim. Hərdən həyat yoldaşıma və uşaqlarımı belə təəccübləndirirəm. Həyat yoldaşım həmin an çox həyəcanlı idi. 17-18 ildir budama ilə məşğulam. Mən bu bağda gözəl işlər görməkdən həzz alıram. Sosial şəbəkədə paylaşdılar, sağ olsun dostlar. Fərhat dağları deşib sevgisini bildirəndə mən də  bağçamızda ürək şəkli çəkdim".
Избранный
17
sherg.az

1Источники