RU

Ukrayna cəbhəsində Rusiya və Şimali Koreya bayraqları yan-yana: Pxenyan savaşa qoşulur?

Ukraynada cəbhə xəttində Rusiya və Şimali Koreya bayraqlarının yan-yana göstərildiyi iddia edilib. Fotonun gerçək olub-olmadığı hələlik məlum olmasa da, hələlik bununla bağlı Rusiya və Şimali Koreyadan rəsmi açıqlama verilməyib.

Publika.az xəbər verir ki, Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya əsgər göndərdiyi iddialarından sonra Pxenyanla Moskva arasında hərbi əməkdaşlığın sübutu kimi şərh edilən foto paylaşılıb. Ukraynanın Pokrovsk şəhərindəki mədən sahəsində çəkildiyi iddia edilən kadrda Rusiya və Şimali Koreya bayraqları yan-yana görüntülənib.

Keçən həftə Cənubi Koreya Kəşfiyyat Xidməti (NIS) peyk fotolarını paylaşaraq, Şimali Koreyanın Rusiyaya 1500 xüsusi təyinatlı əsgər göndərdiyini açıqlayıb. Ukrayna prezidenti Vladimir Zelenski də Şimali Koreyanın onlara qarşı döyüşmək üçün Rusiyaya 10 min əsgər göndərməyə hazırlaşdığını iddia edib. İddiasını kəşfiyyat məlumatlarına əsaslandıran Zelenski deyib ki, hazırda işğal altındakı Ukrayna ərazisində qeyri-müəyyən sayda Şimali Koreya əsgəri var.

Kremlin sözçüsü Dmitri Peskov isə Şimali Koreyanın Rusiyaya əsgər göndərməsi ilə bağlı iddiaları rədd edərək, “Bu, növbəti saxta xəbərə bənzəyir” cavabını verib.

Избранный
15
50
publika.az

10Источники