RU

BRİKS-in 2024-cü ildə yeni üzvləri qəbul etmək planları yoxdur -Ryabkov

2024-cü ildə BRİKS-ə yeni üzvlərin qoşulması məsələsinə baxılmır.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov bildirib.

 Onun sözlərinə görə, assosiasiya hazırda 2024-cü il yanvarın 1-də BRİKS-ə qoşulanların adaptasiyası ilə məşğuldur: “Bu il sözün tam mənasında yeni üzvlərin qəbulundan söhbət getmir. Məsələ burasındadır ki, 2024-cü il yanvarın 1-dən BRİKS assosiasiyası demək olar ki, iki dəfə genişlənib, yeni qoşulanlar isə hələ tam uyğunlaşmayıblar”.

Eyni zamanda, o, qeyd edib ki, Rusiya Türkiyənin assosiasiyaya üzv olmaq marağına hörmətlə yanaşır və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kazana səfərini alqışlayır. “Biz türk həmkarlarımızla və təbii ki, BRİKS çərçivəsində assosiasiyaya qoşulmaq arzusunu bəyan etmiş ölkələrin uzun siyahısına necə yanaşmalı olduğumuz barədə ətraflı müzakirələri davam etdirəcəyik”, - deyə, Rusiya xarici işlər nazirinin müavini əlavə edib.

Избранный
21
1
ikisahil.az

2Источники