RU

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək.

Bu barədə Titul.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda  tədricən kəsiləcək:

"Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək".

Избранный
4
49
titul.az

10Источники