RU

WhatsApp-a yeni funksiya əlavə edilib

WhatsApp messencerinə zənglərin təşkili ilə bağlı yeni funksiya əlavə edilib.

QHT.az xəbər verir ki, IOS 24.21.10.79 üçün WhatsApp-ın beta versiyasını yükləyib quraşdırmaqla istifadəçilər mesaj daxiletmə sahəsinin yanındakı xüsusi bölmədə zəng linkləri yarada biləcəklər. Bu, insanları həm audio, həm də video zənglərdə iştirak etməyə dəvət etməyə imkan verəcək. Yaradılmış keçidlər cari söhbətdə və ya digər pəncərələrdə paylaşıla bilər.

WABetaInfo-nun qeyd etdiyi kimi, bir çox WhatsApp istifadəçisi proqramda zənglər üçün keçid yaratmaq imkanından xəbərsizdir. Yenilik bu funksiyanı istifadəçilər üçün daha çox görünən edəcək. Qeyd olunur ki, bu funksiya tətbiqin iOS əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulan beta versiyalarında əlçatan olacaq.

WhatsApp Meta şirkətinə məxsus pulsuz Amerika mesajlaşma və səs xidmətidir. O, istifadəçilərə mətn və səsli mesajlar mübadiləsi, səsli və video zənglər etmək, şəkillər və digər məlumatları paylaşmaq imkanı verir. Dünyada 2 milyarddan çox insan hər ay WhatsApp-dan istifadə edir.

 

Pərvanə Fərhadqızı

Избранный
10
1
qht.az

10Источники