ANN.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar 42 yaşlı Rauf Rzayev, 45 yaşlı İradə Huseynova və 75 yaşlı Sədaqət Məmmədrzayevdir.
Faktla bağlı araşdırma aparılır.