RU

Çempionlar Liqasının Liqa mərhələsində 3-cü tura start verilir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 3-cü tura start veriləcək.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Çempionlar Liqasının sonuncu qalibi olan İspaniya nəhəngi “Real” doğma meydanda Almaniya təmsilçisi “Borussiya”nı (Dortmund) qəbul edəcək.

Fransa çempionu PSJ Niderland təmsilçisi PSV-ni qəbul edəcək. İtaliyanın “Yuventus” klubu isə “Ştutqart”la (Almaniya) üz-üzə gələcək.

Qeyd edək ki, Liqa mərhələsində 3-cü tura sabah baş tutacaq 9 oyunla yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr

20:45. “Milan” (İtaliya) – “Brügge” (Belçika)
20:45. “Monako” (Fransa) – “Srvena Zvezda” (Serbiya)
23:00. PSJ (Fransa) – PSV (Niderland)
23:00. “Yuventus” (İtaliya) – “Ştutqart” (Almaniya)
23:00. “Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya)
23:00. “Jirona” (İspaniya) – “Slovan” (Slovakiya)
23:00. “Şturm” (Avstriya) – “Sportinq” (Portuqaliya)
23:00. “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
23:00. “Arsenal” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna)

Избранный
11
32
arena.az

10Источники