RU

Vitse-spiker: "Bayden gedəcək, sonra biz Bayden axtaracağıq?"

“Ötən gün Amerika Prezidenti cənab Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda qeyd edilib ki, qısa müddətdə sülh müqaviləsi bağlanılsın. Müqavilə qısa zamanda necə bağlana bilər? Bunun üçün Ermənistanda referendum keçirilməlidir. Qısa müddətdə Ermənistan razıdırmı?”


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında sədrin müavini Ziyafət Əsgərov bildirib.

 

O qeyd edib ki, sülh müqaviləsi yarımçıq şəkildə bağlana bilməz:

 

“Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan da bir neçə dəfə təsdiqləyib.  Amerika, Avropa və digər yerlərdən bizə təyziqlər olur, amma bilməlidirlər ki, yarımçıq müqavilə bağlanılmayacaq.  Təklif edirlər ki, yarımçıq müqavilə bağlanılsın, sonrasına baxılar. Sonra nə olacaq? Bayden gedəcək, sonra biz Bayden axtaracağıq?”,- deyə o bildirib.

Избранный
5
50
modern.az

10Источники