RU

Yağış Bakı və Abşeronda fəsadlar törətdi: 31 nəfər təxliyə edildi-FOTO

Ötən gündən etibarən Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işlərinə cəlb olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində ümumilikdə 31 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

“Hazırda bir sıra ünvanlarda əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək”, – deyə nazirlikdən əlavə edilib.

 

 

Избранный
5
36
nocomment.az

10Источники