RU

Dükanlarda qızıl və gümüş üzüyün satış qiyməti bahalaşıb - Rəsmi

Bu ilin sentyabr ayında Azərbaycanda pərakəndə ticarət mərkəzlərində satılan 5 qramlıq qızıl üzüyün orta qiyməti 677,27 manat olub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, cari ilin yanvar ayı ilə müqayisədə 78,78 manat və ya 13,2 % çoxdur. Yanvarda pərakəndə ticarət mərkəzlərində satılan 5 qramlıq qızıl üzüyün orta qiyməti 598,49 manat olub.

Ötən ay pərakəndə ticarət mərkəzlərində satılan 5 qramlıq gümüş üzüyün orta qiyməti 41,35 manat olub ki, bu da ilin ilk ayı ilə müqayisədə 1,34 manat, yaxud da 3,3 % bahadır.

Əvəz Həsənov

Избранный
11
valyuta.az

1Источники