Bakının Xətai rayonunda restoranlardan birində dava olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 21-də saat 3 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən restoranların birində 2000-ci il təvəllüdlü qadının döyülməsi, 1984-cü il təvəllüdlü Ş.Mustafayevə və 1994-cü il təvəllüdlü F.İsmayılova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, biri əvvəllər məhkum olunmuş şəxs olmaqla 5 nəfər müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: