RU

Livandan İsrailə 77 raket atılıb

İsrail ordusu Livandan ölkənin şimalına 77 raket atıldığını, bəzilərinin zərərsizləşdirildiyini, bəzilərinin isə açıq yerə düşdüyünü bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İsrail Ordusu "X" sosial media hesabından verdiyi yazılı açıqlamada Livandan atılan raketlərlə bağlı məlumat paylaşıb.

Livandan atılan 45 raketin Qolanda açıq əraziyə düşdüyü, Yuxarı Cəlil, Qərbi Cəlil və Golan təpələrinə atılan 30 raket ilə Beyt Şan vadisi və Menşiyeyə atılan 2 raketin bəzilərinin zərərsizləşdirildiyi, bəzilərinin isə açıq əraziyə düşdüyü qeyd edilib.

Raketlərin düşməsi nəticəsində bir çox yerlərdə yanğın başlayıb, yanğınsöndürənlər müdaxilə edib.

Избранный
12
1
cebheinfo.az

2Источники