RU

Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb

Qərbi Azərbaycan İcması Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb.

Məktubda Milli Məclisdə Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi irəli sürülür. Qeyd olunub ki, parlamentdə belə bir qurumun yaradılması, ilk növbədə, sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirəcək, həmçinin Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək.

Bütün bunları nəzərə alaraq, Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamına əsasən, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə deputat Əziz Ələkbərovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

XQ

Избранный
3
49
xalqqazeti.az

10Источники