RU

Ağ Ev KXDR qoşunlarının Ukraynaya göndərilməsini "həyəcanlı xəbər" adlandırdı

Vaşinqton Şimali Koreya ordusunun Ukraynada döyüşlərə göndərilməsi ilə bağlı yayılan məlumatları narahatedici hesab edir. "Fox News"un yaydığı məlumata görə, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibəyə qatılmaq üçün bu ölkəyə getməsi xəbəri doğrudursa, bu, şübhəsiz ki, təhlükəli və çox narahatedici prosesdir”, - o vurğulayıb.

Kirbinin sözlərinə görə, Ağ Ev KXDR ordusunun Ukraynaya gəlişi ilə bağlı xəbərləri araşdırmağa davam edir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
15
news365.az

1Источники