RU

Qeyri neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu bu iki ölkənin payına düşür

2024-cü ilin əvvəlindən qeydə alınan aylıq və dövrü azalmadan sonra yanvar-sentyabr aylarında ilk dəfə olaraq qeyri-neft ixracatında artım qeydə alınıb. Bu müddətdə qeyri-neft ixracatının həcmi 1.3 faiz artaraq 2.5 milyard dollar olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, həmin müddətdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon dollar olub.

Mövzu ilə bağlı News365.az–a danışan Millət vəkili Vüqar Bayramov qeyd edib ki, əvvəlki dövrlərdə qeydə alınan azalma elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının həcmi ilə bağlı idi:

“Bu ilin 9 ayındakı artıma mövsümü faktorlar ilə yanaşı aqrar məhsulların ixacatının çoxalması də təsir göstərib. Bütün bunlar ilə yanaşı, yenə də qeyri-neft ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır. Belə ki, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Qeyri neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür. Neftsiz ixracatın 34.5 faizi Rusiya, 18.1 faizi isə Türkiyəyə yönəlib. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlı baxımından da vacibdir”.

News365.az

Избранный
6
9
news365.az

10Источники