RU

Güclü yağış nəticəsində Bakıda ev uçdu

Bu gün səhər saatlarında Bakıda ev uçqunu baş verib.

Publika.az Konkret.az-a istinadla xəbər verir ki, bu barədə Yasamal rayonu Abdulla Şaiq küçəsi, dalan 10 ünvanında yaşayan sakinlər məlumat veriblər.

Məlumata görə, iki gündür aramsız yağan yağışlar ikimərtəbəli binanın çökməsinə səbəb olub.

Nəticədə tamamilə uçub-dağılan ev dar dalan boyu sakinlərin yolunu bağlayıb. Həmçinin əraziyə qaz və elektrik enerjisi verilişi dayandırılıb.

Избранный
4
8
publika.az

10Источники