Kazanda 16-cı BRİKS sammiti işə başlayır.
APA RIA Novosti-yə istinadən xəbər verir ki, tədbirdə 32 ölkədən nümayəndələr iştirak edəcək.
Agentliyin məlumatına görə, sammit iki mərhələdə keçiriləcək. Birinci mərhələdə oktyabrın 22 və 23-də BRİKS üzvlərinin görüşləri olacaq. Növbəti iki gün ərzində isə görüşlər digər ölkələrin iştirakı ilə baş tutacaq.