RU

Sabiq prezidentə 20 il həbs cəzası verildi

Məhkəmə Perunun keçmiş prezidenti Alexandro Toledonu (2001-2006) Braziliyanın tikinti korporasiyası “Odebrecht”in qarışdığı korrupsiya işi üzrə 20,5 il həbs cəzasına məhkum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin məhkəmə sisteminin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

“Məhkəmə hakimiyyəti keçmiş prezident Alexandro Toledonu Okeanlararası avtomagistral işi çərçivəsində gizli sövdələşmə və çirkli pulların yuyulması kimi cinayətlərə görə 20 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdir”, – paylaşımda qeyd olunub.

Məhkəmənin versiyasına görə, Toledo 35 milyon dollar rüşvət müqabilində “Odebrecht”ə Braziliya və Perunu birləşdirən magistralın iki hissəsinin tikintisi üçün müqavilə almağa yardımçı olub.

Toledo 2023-cü ilin aprelində son illərdə yaşadığı ABŞ-nin Kaliforniya ştatında həbs edilmiş və vətəninə ekstradisiya olunmuşdu. Keçmiş prezidentin həbs orderi 2017-ci ildən qüvvədə idi.

Избранный
5
2
bakivaxti.az

7Источники