PSJ-nin və Fransa millisinin qapıçısı Canluici Donnarumma sevgilisi Alessia Elefanteyə evlilik təklifi edib.
Publika.az xəbər verir ki, İnteryer dizayneri kimi çalışan Elefante sosial şəbəkələrdə italyan qolkiperin diz üstə çökərək ondan evlənməsini istəməsi ilə bağlı video yayımlayıb. O, təkliflə razılaşıb
Donnarumma və Elefante 2016-cı ildən münasibətdədir. Keçən ay ilk övladları Leo dünyaya gəlib.