RU

Konor Makqreqor mərcdə 500 min dollar uduzub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İrlandiyalı döyüşçü Konor Makqreqor yenidən mərc edərək böyük məbləğ itirib.
Oxu.Az xəbər verir ki, Konor Frensis Nqannu və Renan Ferreyra döyüşündən əvvəl ikincini dəstəklədiyini və onun qələbəsinə inandığını bildirib.
O, həmin döyüşdə Renan Ferreyranın qələbəsinə 500 min dollar mərc edib. İntuisiyası irlandiyalını yanıldıb və Nqanu rəqibini ilk raundda məğlub edib.
Bu, Konorun idman yarışlarına ilk mərci deyil. O, əvvəllər Xorxe Masvidal və Neyt Diaz arasındakı döyüşə eyni məbləğdə mərc qoyub. Amma həmin vaxt Konor qazanmağı bacarıb.
Избранный
9
4
oxu.az

5Источники