RU

Narin Güranın qatillərinin cəzası bəlli oldu

Türkiyədə vəhşicəsinə qətlə yetirilən 6 yaşlı Narin Güranın ölümü ilə bağlı istintaq başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Qeyd olunur ki, prokurorluq kiçik qızın doğma əmisi, anası, qardaşı və bir qohumunun birgə şəkildə uşağı qəsdən öldürmə ittihamı ilə mühakimə olunmasını tələb edib. İttihamnamədə təqsirləndirilən şəxslər üçün ağırlaşdırılmış ömürlük həbs cəzası istənilir.

Ötən aylarda Türkiyənin gündəmində olan bu dəhşətli cinayətlə əlaqədar hərtərəfli araşdırma aparılıb. HTS qeydləri, DNT analizləri, şahid ifadələri və digər bütün sübutlar diqqətlə araşdırılıb. Aparılan təhqiqat nəticəsində məlum olub ki, Narin Güranın öz əmisi Salim Güran, anası Yüksel Güran, qardaşı Enes Güran və qohumu Nevzat Bahtiyar bu qətlin iştirakçılarıdır.

Избранный
7
10
publika.az

10Источники