RU

Sudanda içərisində rusların olduğu iddia edilən təyyarə vuruldu

Sudanda içərisində rusların olduğu iddia edilən yük təyyarəsi vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya səfirliyi teleqramda məlumat yayıb.

“Səfirlik öz növbəsində Sudan hakimiyyəti ilə əlaqə saxlayaraq, bu hadisənin detallarını aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görür”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2023-cü il aprelin 15-dən Sudanda Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı qarşıdurma gedir. 

Избранный
21
1
qafqazinfo.az

2Источники